Sentyabrın 17-20-də Avstriyanın Vyana şəhərində Avropa Həndbol Federasiyasının 12-ci konfransı keçiriləcək. Konfransın gündəliyində duran əsas məsələlərdən biri həndbol yarışlarının indiki şəraitdə keçirilməsidir. Bundan başqa beynəlxalq yarışlarının təqviminin müzakirəsi, eyni zamanda çimərlik həndbolunun gələcək inkişaf perspektivləri və s. məsələlər müzakirə olunacaq. Ölkəmizi konfransda AHF-nin vitse prezidenti Orxan Abbasov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ernest Ağakişi təmsil…
Prezident İlham Əliyev dövlət qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif edilənlərin sırasında Gənclər və İdman Nazirliyinin əməkdaşı, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov da yer alıb. Sərəncama əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, Abbasov Orxan Vilayət oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Qeyd edək ki, Abbasov Orxan Vilayət oğlu 1983-cü ildə…
Azərbaycanda həndbol idmanı üzrə keçirilən bütün yarışlar müvəqqəti olaraq dayandırılıb. Bu addım koronavirus (COVİD-19) infeksiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsi ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə əlaqədar atılıb.
Həndbol üzrə Azərbaycan çempionatının yeni mövsümünə qadınların mübarizəsi ilə start verilib. Yarışın ilk oyununda “Azərsu” və “Azəryol” komandaları üz-üzə gəliblər. Mövsümün start matçında son çempionun imkanları daha yüksək qiymətləndirilirdi. Bu cür düşünənlər yanılmayıblar. “Azərsu”nun ciddi müqavimətinə baxmayaraq, görüş 29:18 hesabı ilə “Azəryol”un qələbəsi ilə nəticələnib. İlk oyun gününün digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası” komandasını sınağa…
Beynəlxalq dərəcəli həndbol hakimlərimiz Emil Ağakişi və ErnestAğakişi növbəti beynəlxalq oyun idarə ediblər. Təcrübəli referilərkişi həndbolçuların “Challenge Cup” turnirinin ikinci mərhələsinin“Dinamo Pançevo” (Serbiya) – “BSV Bern” (İsveçrə) görüşündəədaləti qoruyublar. Serbiyada keçirilən qarşılaşma 28:25 hesabı ilə ev sahibininxeyrinə nəticələnsə də, ilk oyunda 28:24 hesabı ilə qalib gələnİsveçrə klubu növbəti mərhələyə adlayıb. Qeyd edək ki, oyunun EHF…
Heydər Əliyev Mərkəzinin parkında həndbolsevərlər üçün maraqlı tədbir təşkil olunacaq. Avqustun 12-də saat 18:00-da başlanacaq həndbol dərslərini, kişi həndbolçulardan ibarət milli komandanın baş məşqçisi Hikmət Abdullayev aparacaq. Təlimə qatılmaq istəyənlərdən yalnız idman geyimində olmaları tələb edilir. Ödənişsiz dərslərdə 6 yaşdan yuxarı həndbol həvəskarları iştirak edə bilərlər.