TARİXİ

Kişi həndbolçulardan ibarət “Bakı” komandasının da təməli 2017-ci ilin iyul ayında qoyulub. Yarandığı gündən iddialılar sırasında olan paytaxt klubu mükafatları sıralayıb. Əvvəlcə çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına qatılan komanda gümüş medalların sahibi olub. Ardınca XXV ölkə çempionatı və Azərbaycan kuboku uğrunda yarışlarda bütün rəqiblərini üstələyən “Bakı”  2017-2018-ci il mövsümünü qızıl dublla yekunlaşdırıb. Bununla kifayətlənməyən paytaxt həndbolçuları, mayın 9-dan 11-dək Bakıda təşkil olunan, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən beynəlxalq turnirdə də inamla mübarizə aparıb. Qələbəyə əsas namizədlərdən sayılan “Bakı” bu turniri ikinci pillədə başa vurub.