Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının növbəti oyunları keçirilib.

İkinci yarış günündə əvvəlcə meydançaya qadın həndbolçular çıxıblar. Turun açılış oyunu “qızıl qol”a kimi davam edib. Gərgin mübarizə ilə yadda qalan “İdman Akademiyası”  – “Qarabağ” görüşü 1:2 hesabı ilə yekunlaşıb.

Günün digər oyunlarında “Nur” “Azəryol-2”ni 2:0, “Azəryol-1” komandası isə  “Azərsu”nu 2:0 hesabı ilə məğlub edib.

Fasilədən sonra ikinci dəfə meydançaya çıxan “Qarabağ” “shoot-out”adək davam edən oyunda “Azəryol-2” üzərində də qələbə çalıb – 2:1.

“Azərsu” isə “İdman Akademiyası” komandasını gün ərzində ikinci məğlubiyyətlə barışdırıb – 0:2. Günün qadın həndbolçular arasında son matçında “Nur” “Azəryol-1”ə 2:0 hesabı ilə qalib gələrək çempionluğa bir addım da yaxınlaşıb.

Kişilərin mübarizəsində əvvəlcə “Təhsil” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələri üzərində qələbə qazanıb – 2:0.

Günün son görüşündə “Bakı” və “Məhsul” komandaları üz-üzə gəlib. Gərgin və maraqlı mübarizənin taleyini “shoot-out” həll edib. Nəticədə “Məhsul” 2:1 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, çimərlik həndbolu üzrə Azərbaycan çempionatının qalibləri avqustun 20-də müəyyənləşəcək.

Recent Videos

“Nur” və “Məhsul” Çimərlik həndbolu üzrə Azərbaycan çempionatında növbəti qələbəsini qazanıb