“Nur” komandası çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının baş mükafatını qazanıb

Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı başa çatıb. Qadınların mübarizəsində “İdman Akademiyası” komandası ilə qarşılaşan “Azəryol-1” inamlı qələbə çalıb – 2:0 (15:5; 13:9).

“Azərsu” – “Azəryol-2” qarşılaşması daha gərgin və maraqlı mübarizə şəraitində keçib. “Shoot-out”a qədər davam edən oyun ikincilərin 2:1 (8:15; 13:11; 6:5) hesablı qələbəsi ilə nəticələnib.

Günün son oyununda üz-üzə gələn “Nur” və “Qarabağ” komandalarının mübarizəsi də “shoot-out”a qədər davam edib. Daha dəqiq oynayan “Qarabağ” rəqibini 2:1 ( 8:22; 15:14; 5:4) hesabı ilə məğlubiyyətə uğradıb.

Nəticələr “Nur” komandasına qızıl, “Azəryol-1” kollektivinə gümüş, “Qarabağ” klubuna isə bürünc medalları qazandırıb.