“Məhsul”la “Bakı”dan növbəti qələbə

Kişi həndbolçuların ölkə çempionatı davam edir. Bu gün yarışın növbəti turunun iki görüşü keçirilib. “Məhsul” – “RİOEUGİM” matçında imkanları daha yüksək qiymətləndirilən nominal meydan sahibləri qələbə qazanıblar – 25-21. Günün digər matçında “Təhsil” və “Bakı” komandaları qarşılaşıblar. Görüş “Bakı”nın 35-27 hesablı qələbəsi ilə nəticələnib.