“Məhsul” növbəti qələbəsini qazanıb

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub. Bu gün keçirilən görüşlərdə “Təhsil” “RİOEUGİM” üzərində inamlı qələbə qazanıb. “Təhsil”in tam üstünlüyü ilə keçən oyun 48-26 hesabı ilə başa çatıb.  Daha gərgin mübarizə ilə yadda qalan “Bakı”-“Məhsul” matçında isə nominal qonaqlar azarkeşlərini sevindiriblər – 30-37.