“Məhsul” komandası ilk məğlubiyyətlə barışıb

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub. “Bakı” komandası yarışın autsayderi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrinə böyük hesabla qalib gəlib – 43:19.  “Təhsil” – “Məhsul” oyununda gözlənilməz nəticə qeydə alınıb. 29-34 hesabı ilə uduzan “Məhsul” çempionatda ilk məğlubiyyətlə barışıb.

Son oyundakı nəticəyə baxmayaraq “Məhsul” kollektivi 10 xalla liderliyi davam etdirir. “Təhsil” 8 xalla ikinci, “Bakı” 6 xalla üçüncü pillədədir. Autsayder “RİOEUGİM” hələ də xal üzünə həsrətdir.