Kubokun finalçıları müəyyənləşdi

Həndbol üzrə Azərbaycan kuboku turnirinin finalçıları məlum olub. Yarımfinal mərhələsinin bu gün keçirilən cavab görüşləri gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Qadın həndbolçuların mübarizəsində “Azərsu” – “İdman Akademiyası”na 37-22, “Nur” – “Qarabağ”a 31-22 hesabı ilə qalib gəlib.

Kişi həndbolçuların qarşılaşmalarında isə “Məhsul” “Təhsil” komandasını 33-31, “Bakı” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) kollektivini 37-25 hesabı ilə məğlub edib. Beləliklə, yarımfinal mərhələsinin oyunlarının nəticəsinə əsasən, finalda “Azərsu” “Nur”la, “Məhsul” isə “Bakı” ilə qarşılaşacaq.