Kişi həndbolçuların pley-off görüşləri davam edir

Kişi həndbolçuların Azərbaycan çempionatının pley-off mərhələsində ikinci oyunlar da arxada qalıb. “Bakı” – “Təhsil” görüşündə azarkeşlər gərgin mübarizənin şahidi olublar. Qarşılaşma “Bakı” komandasının 34:33 hesablı qələbəsi ilə nəticələnib. Günün digər matçında isə “Məhsul” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandasını 33-24 hesabı ilə məğlub edib.

Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunlarında “Bakı” “Təhsil”ə 37:34, “Məhsul” “RİOEUGİM”-ə 36:30 hesabı ilə qalib gəlib.

Mərhələnin aprelin 15-nə təyin olunan son oyunlarında “Məhsul” “RİOEUGİM” ilə, “Bakı” isə “Təhsil”lə üz-üzə gələcək.