Kişi həndbolçuların Azərbaycan çempionatının pley-off mərhələsinə yekun vurulub

İkinci oyun gününün “Bakı” – “Təhsil” görüşündə azarkeşlər gərgin mübarizənin şahidi olublar. Qarşılaşma “Bakı” komandasının 34:33 hesablı qələbəsi ilə nəticələnib. Digər oyunda isə “Məhsul” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandasını 33-24 hesabı ilə məğlub edib.

Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunlarında “Bakı” “Təhsil”ə 37:34, “Məhsul” “RİOEUGİM”-ə 36:30 hesabı ilə qalib gəlmişdi.

Bu nəticələrdən sonra final mərhələsində görüşəcək cütlər müəyyənləşib. Beləliklə, aprelin 29-da keçiriləcək oyunlarda “Məhsul”la “Bakı” 1-ci, 2-ci,  “Təhsil” komandası ilə “RİOEUGİM” isə  3-cü, 4-cü yerlər uğrunda mübarizə aparacaq.

Leave a Reply