Kişi həndbolçular arasında Azərbaycan çempionu məlum olub

Avqustun 20-də kişi həndbolçuların Bakı Su İdmanı Sarayında keçirilən çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına yekun vurulub.

Günün ilk qarşılaşmasında Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası “Bakı” ilə  üz-üzə gəlib. Görüş “Bakı” komandasının 2:0 (20:10; 18:7) hesablı qələbəsi ilə başa çatıb. “Məhsul”  – “Təhsil” oyununda məsələyə “shoot-out”da aydınlıq gətirilib. Daha dəqiq oynayan “Məhsul” 2:1 (14:20; 15:11; 3:1) hesabı ilə qələbə çalıb.

Nəticələrə əsasən, bütün oyunları qələbə ilə başa vuran “Məhsul” həndbolçuları qızıl medallara layiq görülüblər.

“Bakı” komandası gümüş mükafata sahib çıxıb. “Təhsil” kollektivi isə bürünc medalla kifayətlənib.