Xəbərlər
Həndbol üzrə XXV Azərbaycan çempionatında 10 komanda mübarizə aparacaq
Bu gün həndbol üzrə növbəti ölkə çempionatına start veriləcək. Budəfəki yarışlarda 10 komanda qələbə uğrunda mübarizə aparacaq.
Kişilərin çempionatında “Bakı”, “RİOEUGİM” , “Təhsil”, “Məhsul”, qadın həndbolçuların yarışında isə “Azəryol”, ”Azərsu”, “İdman Akademiyası”, “Gənclər Birliyi”, “Qarabağ” və “Nur” komandaları çıxış edəcək.
Açılış matçında “Bakı” və “Məhsul” klubları üz-üzə gələcək. Ardınca “Qarabağ”la “Azəryol” münasibətləri aydınlaşdıracaq.
Saat 17:00-da ölkə çempionatının açılış mərasimi olacaq. İlk oyun gününü isə “Azərsu” – “Nur” görüşü tamamlayacaq.