Həndbol üzrə XXV Azərbaycan çempionatı başlandı

Bu gün həndbol üzrə növbəti Azərbaycan çempionatına start verilib. “ABU Arena”da keçirilən açılış matçında “Məhsul” – “Bakı” qarşılaşması 29:24 hesabı ilə nəticələnib.

Ardınca meydança qadın həndbolçuların ixtiyarına verilib. “Azəryol”-“Qarabağ” görüşü gərgin mübarizə ilə yadda qalıb – 25:24.

Yubiley çempionatın açılış mərasimində çıxış edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov idmanın bu növündə qazanılan uğurlardan söz açıb. Vitse-prezident budəfəki çempionatda iştirakçıların sayının daha çox olduğunu və azarkeşləri maraqlı mübarizə gözlədiyini vurğulayıb.

Açılış mərasimindən sonra meydançaya çıxan “Azərsu” və “Nur” komandalarının oyunu da gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Daha yüksək əzmkarlıq göstərən “Azərsu” 30:26 hesabı ilə qalib gəlib.