Dekabrın 15-də həndbol üzrə Azərbaycan kuboku uğrunda turnir başlanacaq. Qadınlardan və kişilərdən ibarət komandaların qatılacağı yarışın ilk günündə “Gənclər Birliyi” – “İdman Akademiyası”, “Məhsul” – “RİOEUGİM”,“Nur” – “Azərsu”, “Təhsil” isə “Bakı” ilə qarşılaşacaq.
Dekabrın 16-da keçiriləcək oyunlarda “Qarabağ” – “İdman Akademiyası”na, “RİOEUGİM” “Təhsil”ə, “Azərsu” “Azəryol”a, “Bakı” “Məhsul”a rəqib olacaq.
Dekabrın 17-də isə “Gənclər Birliyi” – “Qarabağ”, “RİOEUGİM” – “Bakı”, “Nur” – “Azəryol” və “Məhsul” – “Təhsil” görüşləri ilə ilk mərhələyə yekun vurulacaq.
Azərbaycan kuboku uğrunda mübarizənin növbəti mərhələsi 2018-ci ilin mart-aprel aylarında olacaq.