Dekabrın 16-da Həndbol üzrə Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib. “Qarabağ”-“İdman Akademiyası” görüşündə nominal meydan sahibləri 39:26 hesabı ilə qalib gəliblər. “RİOEUGİM” – “Təhsil”lə oyunda məğlub olub – 23:38. Gərgin mübarizə ilə yadda qalan “Azərsu” – “Azəryol” matçında qalib müəyyənləşməyib – 30:30. “Bakı” isə “Məhsul” üzərində 28-22 hesabı ilə qələbə çalıb.