Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə başlanıb

Dekabrın 15-də həndbol üzrə Azərbaycan kuboku turnirinə start verilib. Yarışın ilk günündə 4 qarşılaşma olub. “Gənclər Birliyi”-“İdman Akademiyası” görüşündə “tələbələr” 27:26 hesabı ilə qalib gəliblər. Gərgin mübarizə şəraitində keçən digər oyunda “Azərsu”-“Nur” komandasını üstələyib – 25:24. “Təhsil”-“Bakı” görüşü 26:27, “Məhsul”- “RİOEUGİM” matçı 32:23 hesabı ilə nəticələnib.

Qeyd edək ki, dekabrın 16-sı və 17-də keçiriləcək oyunlarla yarışın ilk mərhələsinə yekun vurulacaq.