Xəbərlər
Çimərlik həndbolu üzrə ölkə çempionatında 10 komanda yarışacaq
Avqustun 18-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına start veriləcək.
Yarışda qadınlardan ibarət 6, kişilərdən ibarət 4 komanda mübarizə aparacaq.
Qadınların yarışında “İdman Akademiyası”, “Azəryol-1”, “Azəryol-2”, “Qarabağ”, “Nur”, “Azərsu”, kişilərin turnirində isə “Məhsul”, “Bakı”, “Təhsil” və Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası bacarığını göstərəcək.