Xəbərlər
Çimərlik həndbolu üzrə ölkə çempionatına qadınların mübarizəsi ilə start veriləcək
Avqustun 18-də başlanacaq çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatının oyun cədvəli müəyyənləşib.
Bakı Su İdmanı Sarayında keçiriləcək yarışın açılış oyunu saat 09:30-a təyin olunub. İlk qarşılaşmada qadınlardan ibarət “İdman Akademiyası” komandası ilə “Azəryol-2” üz-üzə gələcək.
Qadınlar arasında oyunlar yekunlaşdıqdan sonra saat 17:45-də çempionatın açılış mərasimi olacaq. Ardınca kişi həndbolçular mübarizəyə qatılacaq. Əvvəlcə meydançaya “Məhsul” komandası ilə Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçiləri çıxacaqlar.
Yarışın ilk iki günündə qadın həndbolçulardan ibarət hər komanda iki, kişilərdən ibarət kollektivlər isə bir oyun keçirəcək.