Çimərlik həndbolu üzrə ikinci ölkə çempionatı başlanır

Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı başlanacaq.

Saat 09:30-a təyin olunan açılış oyununda qadın həndbolçulardan ibarət  “İdman Akademiyası” komandası “Azəryol-2” ilə qarşılaşacaq. Qadınların mübarizəsinin ardınca saat 17:45-də çempionatın açılış mərasimi olacaq.  Daha sonra isə kişi həndbolçular arasında oyunlar keçiriləcək. Turun ilk görüşündə “Məhsul”, Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini sınağa çəkəcək.

Qeyd edək ki, yarışın ilk iki günündə qadın həndbolçulardan ibarət komandalar meydana iki dəfə, kişilərdən ibarət kollektivlər isə bir dəfə çıxacaqlar. Bu gün səkkiz, növbəti üç gün ərzində ümumilikdə 21 oyun olacaq. Yarışa avqustun 20-də yekun vurulacaq.

Leave a Reply