Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında mübarizə yekunlaşır

Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatında mübarizə yekunlaşır

Bu gün Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı başa çatacaq.

Final oyunlarından əvvəl saat 12:30-da Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə çimərlik həndboluna dair seminar keçiriləcək. Ardınca başlanacaq ilk oyunda  kişi həndbolçulardan ibarət Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçiləri “Bakı” ilə üz-üzə gələcək. Günün ikinci oyununda isə “Məhsul” – “Təhsil”lə münasibətləri aydınlaşdıracaq.

Saat 18:00-da qadın həndbolçuların mübarizəsi başlanacaq. “İdman Akademiyası” – “Azəryol-1”, “Azərsu” – “Azəryol-2”, “Nur” – “Qarabağ” oyunlarından sonra qalib və mükafatçılar müəyyənləşəcək.

Saat 20:00-da mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.