Xəbərlər
Çempionatın favoritləri inamla irəliləyirlər
Bu gün həndbol üzrə Azərbaycan çempionatında 3 qarşılaşma olub. Qadınların mübarizəsində “Azəryol” “İdman Akademiyası”nı böyük hesabla məğlub edib – 37:12. “Azərsu” – “Gənclər Birliyi” qarşılaşması da favoritin qələbəsi ilə nəticələnib – 39:19.
Kişilərin yarışında isə Respublika Olimpiya Ehtiyatları Uşaq – Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası 17:36 hesabı ilə “Bakı”ya məğlub olub.