Xəbərlər

Çimərlik həndbolu üzrə ölkə çempionatında 10 komanda yarışacaq
15 Avqust 2017

Avqustun 18-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatına start veriləcək. Yarışda qadınlardan ibarət 6, kişilərdən ibarət 4 komanda mübarizə aparacaq. Qadınların yarışında “İdman Akademiyası”, “Azəryol-1”, “Azəryol-2”, “Qarabağ”, “Nur”, “Azərsu”, kişilərin turnirində isə “Məhsul”, “Bakı”, “Təhsil” və Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası bacarığını göstərəcək.

Bakıda çimərlik həndbolu üzrə beynəlxalq seminar təşkil olunacaq
03 Avqust 2017

Avqustun 18-20-də Bakıda Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının (AHF) təşkilatçılığı ilə çimərlik həndboluna dair  seminar keçiriləcək. Su İdmanı Sarayında təşkil olunacaq tədbirdə EHF-in nümayəndəsi Tamas Neukum çimərlik  həndbolu və onun inkişafı haqqında biliklərini bölüşəcək. Həmçinin Azərbaycanda çimərlik həndbolunun hazırkı vəziyyəti və tətbiq ediləcək yeni qaydalarla bağlı fikir mübadiləsi aparılacaq. Qeyd edək ki, seminar çimərlik həndbolu üzrə ikinci ölkə çempionatının keçirildiyi vaxta təyin olunub.