Xəbərlər

Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə davam edir
16 Dekabr 2017
Dekabrın 16-da Həndbol üzrə Azərbaycan kuboku turnirində növbəti oyunlar keçirilib. "Qarabağ"-"İdman Akademiyası" görüşündə nominal meydan sahibləri 39:26 hesabı ilə qalib gəliblər.   “RİOEUGİM”  "Təhsil"lə oyunda məğlub olub - 23:38. Gərgin mübarizə ilə yadda qalan "Azərsu" - "Azəryol" matçında qalib müəyyənləşməyib - 30:30. "Bakı" isə "Məhsul" üzərində 28-22 hesabı ilə qələbə çalıb.
Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə başlanıb
15 Dekabr 2017
Dekabrın 15-də həndbol üzrə Azərbaycan kuboku turnirinə start verilib. Yarışın ilk günündə 4 qarşılaşma olub. "Gənclər Birliyi"-"İdman Akademiyası" görüşündə "tələbələr" 27:26 hesabı ilə qalib gəliblər. Gərgin mübarizə şəraitində keçən digər oyunda "Azərsu"-"Nur" komandasını üstələyib – 25:24. "Təhsil"-"Bakı" görüşü 26:27, "Məhsul"- “RİOEUGİM” matçı 32:23 hesabı ilə nəticələnib. Qeyd edək ki, dekabrın 16-sı və 17-də keçiriləcək oyunlarla...
Həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışa start veriləcək
12 Dekabr 2017
Dekabrın 15-də həndbol üzrə Azərbaycan kuboku uğrunda turnir başlanacaq. Qadınlardan və kişilərdən ibarət komandaların qatılacağı yarışın ilk günündə  “Gənclər Birliyi”  -  “İdman Akademiyası”, “Məhsul”  -  RİOEUGİM, “Nur”  -  “Azərsu”, “Təhsil” isə  “Bakı” ilə qarşılaşacaq. Dekabrın 16-da keçiriləcək oyunlarda “Qarabağ” -  “İdman Akademiyası”na, “RİOEUGİM” - “Təhsil”ə, “Azərsu” - “Azəryol”a, “Bakı”  - “Məhsul”a rəqib olacaq. Dekabrın 17-də isə  “Gənclər Birliyi”  -  “Qarabağ”,...
“Məhsul” komandası ilk məğlubiyyətlə barışıb
03 Dekabr 2017
Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub. “Bakı” komandası yarışın autsayderi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrinə böyük hesabla qalib gəlib - 43:19.  "Təhsil" - "Məhsul" oyununda gözlənilməz nəticə qeydə alınıb. 29-34 hesabı ilə uduzan "Məhsul" çempionatda ilk məğlubiyyətlə barışıb. Son oyundakı nəticəyə baxmayaraq "Məhsul" kollektivi 10 xalla liderliyi davam etdirir. "Təhsil"...
“Azəryol” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb
15 Noyabr 2017
Bu gün həndbol üzrə Azərbaycan çempionatında VI turun növbəti oyunları keçirilib. Qadınların yarışında “Gənclər Birliyi” komandası “İdman Akademiyası” kollektivinə 33:30 hesabı ilə qalib gəlib. Daha gərgin mübarizə ilə yadda qalan “Azəryol” – “Qarabağ” görüşü isə  28-27 hesabı ilə nəticələnib. Noyabrın 26-da kişi həndbolçulardan ibarət “Məhsul” komandası Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) kollektivi ilə,...
“Azəryol” gərgin mübarizədə “Nur”a qalib gəlib
12 Noyabr 2017
Bu gün həndbol üzrə Azərbaycan çempionatında daha iki görüş olub. Kişilərin yarışında “Məhsul” “Bakı”nı 32:27 hesabı ilə məğlubiyyətə uğradıb. Qadın həndbolçuların mübarizəsində isə  gərgin keçən “Azəryol” – “Nur” oyunu 33:32 hesabı ilə nəticələnib.
“Azəryol” gərgin mübarizədə “Nur”a qalib gəlib
12 Noyabr 2017
 Bu gün həndbol üzrə Azərbaycan çempionatında daha iki görüş olub. Kişilərin yarışında “Məhsul” “Bakı”nı 32:27 hesabı ilə məğlubiyyətə uğradıb. Qadın həndbolçuların mübarizəsində isə  gərgin keçən “Azəryol” – “Nur” oyunu 33:32 hesabı ilə nəticələnib.
Çempionatın favoritləri inamla irəliləyirlər
28 Oktyabr 2017
Bu gün həndbol üzrə Azərbaycan çempionatında 3 qarşılaşma olub. Qadınların mübarizəsində “Azəryol” “İdman Akademiyası”nı böyük hesabla məğlub edib – 37:12. “Azərsu” – “Gənclər Birliyi” qarşılaşması da favoritin qələbəsi ilə nəticələnib – 39:19. Kişilərin yarışında isə  Respublika Olimpiya Ehtiyatları Uşaq - Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandası 17:36 hesabı ilə “Bakı”ya məğlub olub.
Ölkə çempionatının növbəti oyunlarında favoritlər qələbə qazanıblar
15 Oktyabr 2017
Bu gün kişi həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub. “Məhsul” komandası Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) təmsilçilərinə 36-17 hesabı ilə qalib gəlib. Daha gərgin mübarizə ilə yadda qalan “Bakı” – “Təhsil” görüşündə isə  32:31 hesabı qeydə alınıb.
Azərbaycan çempionatının növbəti oyun günündə iki qarşılaşma olub
08 Oktyabr 2017
Bu gün qadın həndbolçuların ölkə çempionatında “İdman Akademiyası” komandası “Gənclər Birliyi” ilə qarşılaşıb. Gərgin mübarizəyə səhnə olan görüş  27:26 hesabı ilə nəticələnib. Kişi həndbolçuların yarışında da bir oyun keçirilib. Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) kollektivi ilə qarşılaşan “Təhsil” komandası  38:19 hesabı ilə qalib gəlib.