Xəbərlər

Həndbol üzrə Azərbaycan çempionatında mövsümə yekun vurulub
30 Aprel 2018
Qadın həndbolçuların yarışının ardınca  bu gün kişilərin çempionatında da həlledici görüşlər olub. Pley-off mərhələsinin həlledici oyunlarında qalib və mükafatçıların adına aydınlıq gətirilib. Daha böyük maraqla gözlənilən “Məhsul” - “Bakı” matçı gərgin mübarizə şəraitində keçib. Qızıl medallara iddialı rəqiblərin oyununda əsas vaxt 32:32 hesabı ilə bitdiyindən qalib penaltilər seriyasında müəyyənləşib. 7 metrlik zərbələri daha dəqiq yerinə...
Kişi həndbolçuların Azərbaycan çempionatının pley-off mərhələsinə yekun vurulub
08 Aprel 2018
İkinci oyun gününün "Bakı" - "Təhsil" görüşündə azarkeşlər gərgin mübarizənin şahidi olublar. Qarşılaşma "Bakı" komandasının 34:33 hesablı qələbəsi ilə nəticələnib. Digər oyunda isə "Məhsul" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandasını 33-24 hesabı ilə məğlub edib. Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunlarında "Bakı" "Təhsil"ə 37:34, "Məhsul" “RİOEUGİM”-ə 36:30 hesabı ilə qalib gəlmişdi. Bu...
Kişi həndbolçuların pley-off görüşləri davam edir
08 Aprel 2018

Kişi həndbolçuların Azərbaycan çempionatının pley-off mərhələsində ikinci oyunlar da arxada qalıb. “Bakı” – “Təhsil” görüşündə azarkeşlər gərgin mübarizənin şahidi olublar. Qarşılaşma “Bakı” komandasının 34:33 hesablı qələbəsi ilə nəticələnib. Günün digər matçında isə “Məhsul” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) komandasını 33-24 hesabı ilə məğlub edib. Xatırladaq ki, pley-off mərhələsinin ilk oyunlarında “Bakı” “Təhsil”ə…

Azərbaycan çempionatında pley-off mərhələsinə start verilib
24 Mart 2018
Bu gün kişi həndbolçuların ölkə çempionatında  pley-off mərhələsinin ilk oyunları olub. Əvvəlcə meydançaya "Bakı" və "Məhsul" komandaları çıxıblar. Çempionatın ilk hissəsini hərəyə 10 xalla müvafiq olaraq 2-ci və 3-cü pillədə başa vuran rəqiblərin görüşü gərgin alınıb. Qarşılaşma daha yüksək əzmkarlıq göstərən "Bakı"nın qələbəsi ilə yekunlaşıb - 37:34. Günün digər matçında  16 xalla çempionatın lideri olan...
Azərbaycan kubokunun sahibləri müəyyənləşdi
07 Mart 2018
Həndbol üzrə Azərbaycan kuboku turnirinə yekun vurulub. Bu gün keçirilən final qarşılaşmaları gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Qadın həndbolçuların həlledici görüşündə “Azərsu” və “Nur” komandaları üz-üzə gəliblər. Rəqibindən daha yaxşı oyun göstərən “Nur” 30:24 hesabı ilə qalib gələrək  Azərbaycan kubokuna sahib çıxıb. Kişilərin final matçında isə “Məhsul” komandasını 34:28 hesabı ilə...
Kubokun finalçıları müəyyənləşdi
06 Mart 2018
Həndbol üzrə Azərbaycan kuboku turnirinin finalçıları məlum olub. Yarımfinal mərhələsinin bu gün keçirilən cavab görüşləri gözlənildiyi kimi maraqlı mübarizə şəraitində keçib. Qadın həndbolçuların mübarizəsində "Azərsu" - "İdman Akademiyası"na 37-22, "Nur" - "Qarabağ"a 31-22 hesabı ilə qalib gəlib. Kişi həndbolçuların qarşılaşmalarında isə "Məhsul" "Təhsil" komandasını 33-31, "Bakı" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) kollektivini 37-25...
“Bakı” inamlı qələbə çalıb
19 Fevral 2018
Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Həftəsonu "ABU Arena"da təşkil olunan qarşılaşmalar fərqli mübarizəyə səhnə olub. Günün ilk matçı favoritin inamlı qələbəsi ilə nəticələnib. "Bakı" həndbolçuları Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini 37-16 hesabı ilə məğlub edib. Gərgin mübarizə ilə yadda qalan  "Məhsul" - "Təhsil" görüşündə isə daha yüksək...
“Məhsul”la “Bakı”dan növbəti qələbə
28 Yanvar 2018
Kişi həndbolçuların ölkə çempionatı davam edir. Bu gün yarışın növbəti turunun iki görüşü keçirilib. "Məhsul" - “RİOEUGİM” matçında imkanları daha yüksək qiymətləndirilən nominal meydan sahibləri qələbə qazanıblar - 25-21. Günün digər matçında "Təhsil" və "Bakı" komandaları qarşılaşıblar. Görüş "Bakı"nın 35-27 hesablı qələbəsi ilə nəticələnib.
“Məhsul” növbəti qələbəsini qazanıb
13 Yanvar 2018
Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olub. Bu gün keçirilən görüşlərdə "Təhsil" "RİOEUGİM" üzərində inamlı qələbə qazanıb. "Təhsil"in tam üstünlüyü ilə keçən oyun 48-26 hesabı ilə başa çatıb.  Daha gərgin mübarizə ilə yadda qalan "Bakı"-"Məhsul" matçında isə nominal qonaqlar azarkeşlərini sevindiriblər - 30-37.
Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsi başa çatıb
17 Dekabr 2017
Dekabrın 17-də həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsinə yekun vurulub. Son oyun günündə keçirilən görüşlərdə qadın həndbolçulardan ibarət “Qarabağ” komandası “Gənclər Birliyi"nə 39:26, “Nur” isə “Azəryol”a 26:24 hesabı ilə qalib gəlib. Kişilərin yarışında "Bakı" klubu Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini məğlubiyyətə uğradıb - 35:22. Yarışın favoritlərindən sayılan  "Məhsul"isə...