Bakıda çimərlik həndbolu üzrə beynəlxalq seminar təşkil olunacaq

Avqustun 18-20-də Bakıda Avropa Həndbol Federasiyası (EHF) və Azərbaycan Həndbol Federasiyasının (AHF) təşkilatçılığı ilə çimərlik həndboluna dair  seminar keçiriləcək.

Su İdmanı Sarayında təşkil olunacaq tədbirdə EHF-in nümayəndəsi Tamas Neukum çimərlik  həndbolu və onun inkişafı haqqında biliklərini bölüşəcək. Həmçinin Azərbaycanda çimərlik həndbolunun hazırkı vəziyyəti və tətbiq ediləcək yeni qaydalarla bağlı fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, seminar çimərlik həndbolu üzrə ikinci ölkə çempionatının keçirildiyi vaxta təyin olunub.