“Bakı” inamlı qələbə çalıb

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Həftəsonu “ABU Arena”da təşkil olunan qarşılaşmalar fərqli mübarizəyə səhnə olub. Günün ilk matçı favoritin inamlı qələbəsi ilə nəticələnib. “Bakı” həndbolçuları Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini 37-16 hesabı ilə məğlub edib. Gərgin mübarizə ilə yadda qalan  “Məhsul” – “Təhsil” görüşündə isə daha yüksək əzmkarlıq göstərən “Məhsul” komandası azarkeşlərini sevindirib. Oyun 26-21 hesabı ilə başa çatıb.