“Azəryol” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb

Bu gün həndbol üzrə Azərbaycan çempionatında VI turun növbəti oyunları keçirilib. Qadınların yarışında “Gənclər Birliyi” komandası “İdman Akademiyası” kollektivinə 33:30 hesabı ilə qalib gəlib. Daha gərgin mübarizə ilə yadda qalan “Azəryol” – “Qarabağ” görüşü isə  28-27 hesabı ilə nəticələnib.

Noyabrın 26-da kişi həndbolçulardan ibarət “Məhsul” komandası Respublika Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) kollektivi ilə, “Təhsil” isə “Bakı” ilə qarşılaşacaq.