Qadın həndbolçulardan ibarət “Azəryol” komandası “Çağırış Kuboku” uğrunda turnirin 1/4 final mərhələsində mübarizəyə başlayıb. İsveçin “Kristianstad” klubu ilə Bakıda keçirilən ilk qarşılaşma komandamız üçün uğursuz alınıb. Həndbolçularımız gərgin keçən görüşdə 23-30 hesablı məğlubiyyətlə barışıblar.
Oyunu Marina Dupli və Olena Kaverinadan ibarət ukraynalı hakimlər briqadası idarə edib.  Avropa Həndbol Federasiyası (EHF) isə türkiyəli Kənan Gökmən tərəfindən təmsil olunub.
Qeyd edək ki, rəqiblərin cavab matçı da əvvəlcədən razılaşdırıldığı kimi fevralın 3-də Bakıda keçiriləcək.