Xəbərlər
Azərbaycan kubokunun sahibləri müəyyənləşdi
Həndbol üzrə Azərbaycan kuboku turnirinə yekun vurulub. Bu gün keçirilən final qarşılaşmaları gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Qadın həndbolçuların həlledici görüşündə “Azərsu” və “Nur” komandaları üz-üzə gəliblər. Rəqibindən daha yaxşı oyun göstərən “Nur” 30:24 hesabı ilə qalib gələrək Azərbaycan kubokuna sahib çıxıb.
Kişilərin final matçında isə “Məhsul” komandasını 34:28 hesabı ilə məğlubiyyətə uğradan “Bakı” baş mükafata layiq görülüb.