Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsi başa çatıb

Dekabrın 17-də həndbol üzrə Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsinə yekun vurulub.

Son oyun günündə keçirilən görüşlərdə qadın həndbolçulardan ibarət “Qarabağ” komandası “Gənclər Birliyi”nə 39:26, “Nur” isə “Azəryol”a 26:24 hesabı ilə qalib gəlib.

Kişilərin yarışında “Bakı” klubu Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin (RİOEUGİM) yetirmələrini məğlubiyyətə uğradıb – 35:22. Yarışın favoritlərindən sayılan  “Məhsul”isə “Təhsil” komandası üzərində 32:29 hesabı ilə qələbə çalıb.

Qeyd edək ki, ölkə kuboku uğrunda yarışların ikinci mərhələsi gələn ilin mart-aprel aylarında keçiriləcək.