Azərbaycan çempionatında pley-off mərhələsinə start verilib

Bu gün kişi həndbolçuların ölkə çempionatında  pley-off mərhələsinin ilk oyunları olub. Əvvəlcə meydançaya “Bakı” və “Məhsul” komandaları çıxıblar. Çempionatın ilk hissəsini hərəyə 10 xalla müvafiq olaraq 2-ci və 3-cü pillədə başa vuran rəqiblərin görüşü gərgin alınıb. Qarşılaşma daha yüksək əzmkarlıq göstərən “Bakı”nın qələbəsi ilə yekunlaşıb – 37:34. Günün digər matçında  16 xalla çempionatın lideri olan “Məhsul”  yarışın aşkar autsayderi Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin (RİOEUGİM) kollektivini 36-30 hesabı ilə məğlub edib. Pley-off mərhələsinin cavab görüşləri aprelin 8-də keçiriləcək.