Gələn ay paytaxtımızda ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunan beynəlxalq yarış keçiriləcək. Xatirə turnirində Azərbaycan və Gürcüstanın kişi həndbolçuları mübarizə aparacaqlar. Mayın 9-da start veriləcək turnirin oyun cədvəli də artıq məlumdur. Açılış matçında Azərbaycan çempionu “Bakı” ilə Gürcüstanın 20 yaşadək həndbolçulardan ibarət milli komandası üz-üzə gələcək. Ardınca “Məhsul” və “Batumi” kollektivləri meydançaya çıxacaqlar. Dairəvi sistemlə keçiriləcək yarışın, mayın 10-na təyin olunan ikinci günündə “Batumi” – “Bakı” və Gürcüstanın “U-20” – “Məhsul” görüşləri keçiriləcək.

Ertəsi gün isə “Batumi” – Gürcüstan “U-20” və “Bakı” – “Məhsul” qarşılaşmaları ilə turnirə yekun vurulacaq.