Həndbol üzrə Azərbaycan çempionatının ən sərrast oyunçuları müəyyənləşib. Ötən gün yekunlaşan mövsümdə  rəqib qapılarına ən çox yol tapan qadın həndbolçu Anna Həmidova olub. “Qarabağ”ın hücumçusu 157 dəqiq zərbənin müəllifidir. “Gənclər Birliyi”nin oyunçusu Kamilla Bayramova 105 qolla bombardirlər siyahısında 2-cidir. “İdman Akademiyası”nın üzvü Yuliya Deryabinanın aktivində isə 104 qol var.

Kişilərin çempionatında ən sərrast həndbolçu adına  105 qolla  “Təhsil”in oyunçusu Dmitri Çapligin sahib çıxıb. Onun komanda yoldaşı Sergey Dubovik 84 qola imza atıb. “Bakı”nın üzvü Sabir Nəzərəliyev isə 78 qolla 3-cü yerdə qərarlaşıb.